Ağdaş Rayon Mərkəzi Xəstəxanası 50 min manatlıq satınalma ilə diqqət çəkdi - tibbi deyil...
Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi müxtəlif növ təsərrüfat mallarının, ehtiyat hissələrinin və digər avadanlıqların satın alınması üçün tender elan edib.
32gun.az yazır ki, müsabiqə üçün ehtimal olunan qiymət 50 min 151 manatdır.
Satınalma çərçivəsində xəstəxana üçün çox sayda elektrik avtomatları, müxtəlif ölçülü açar və alət dəstləri, akkumulyatorlar, həmçinin benzinlə işləyən zəncirli mişar və bağ qayçıları alınacaq. Siyahıda həmçinin santexnika ləvazimatları, çəkiclər, müxtəlif ölçülü keçid muftaları, direl ucluqları və alaq otlarını qurutmaq üçün xüsusi herbisid preparatları yer alıb. Tibb müəssisəsinin elan etdiyi bu satınalma üzrə təchizatın yaxın müddətdə tamamlanması və təsərrüfat ehtiyaclarının qarşılanması nəzərdə tutulur.
Ayaz