Tanınmış meyxanaçının qızı buna görə İFADƏ VERDİ
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli “tiktoker” Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Azia.az Unikal.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən proses şahid ifadəsi ilə işini davam etdirib.
Şahid A.F. ifadəsi zamanı Aybəniz Xəlilovanı şəxsən tanımadığını və yalnız sosial şəbəkələrdən iş adamı Xalid Kərimovun yaxını kimi tanıdığını deyib.
Şahid bununla yanaşı ifadəsində bildirib ki, o bu işlə bağlı hər hansı bir polis bölməsində və yaxud hər hansı bir müstəntiqin yanında heç bir ifadə verməyib. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra o buna təəccübünü gizlədə bilməyib.
"Mənim ümumiyyətlə bu ifadədən heç xəbərim olmayıb, heç yerdə ifadə verməmişəm və heç yerə də imza atmamışam".