azia.az
azia.az

Əməkdaş şikayət paylaşdı, “PAŞA Holding” rəhbərliyi reaksiya verdi: Məsələ araşdırılır

Bu gün, 18:56


Bu gün "PAŞA Holding"ə daxil olan "PAŞA Sığorta" MMC-nin əməkdaşı Elməddin Məmmədli “LinkedIn” hesabında paylaşım edərək çalışdığı şirkətdə qarşılaşdığı problemlərlə bağlı iddialar səsləndirib.

 

O bildirib ki, işdən çıxmazdan iki gün əvvəl şirkətin Baş İcraçı Driektoruna (CEO) məktub yazaraq vəziyyəti izah edib. Təxminən bir ay sonra HR tərəfindən onunla əlaqə saxlanılıb və İnsan Resursları Üzrə Baş İnzibatçı ("Chief People Officer (CPO) ilə görüş təklif olunub. Lakin Məmmədlinin sözlərinə görə, görüş günü artıq yolda olarkən ona zəng edilərək görüşün qeyri-müəyyən tarixə təxirə salındığı bildirilib.

 

Daha sonra aprel ayında CPO ilə iki görüş keçirildiyini qeyd edən keçmiş əməkdaş şirkət nümayəndələrinin müəyyən səhvlərin olduğunu qəbul etdiyini, lakin problemin həlli istiqamətində addım atılmadığını iddia edib.

 

“Dekabr ayından davam edən danışıqlar nəticəsiz qaldı. Bu müddət ərzində məsələni daxildə və sakit şəkildə həll etməyə çalışdım. Amma kifayət qədər zərərə uğradım, şəxsi həyatım və akademik karyeramla bağlı planlarım pozuldu”, — deyə paylaşımda bildirilir.

“PostMedia” xəbər verir ki, məsələ ilə bağlı Cəlal Qasımov paylaşımın şərh bölməsində açıqlama verərək məsələnin nəzarətə götürüldüyünü bildirib.

 

Onun sözlərinə görə, əməkdaşın müraciəti əsasında şirkət daxilində araşdırmaya başlanılıb və daxili auditə obyektiv rəy hazırlanması üçün tapşırıq verilib.

 

C.Qasımov qeyd edib ki, şirkət əməkdaşlara ədalətli yanaşmanı əsas prinsiplərdən biri hesab edir və araşdırmanın nəticəsindən sonra müvafiq qərar verilə bilər.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi