azia.az
azia.az

Deputatın oğlu qızıl medal qazandı - FOTO - VİDEO

Bu gün, 18:20

Milli Məclisin deputatı Elman Nəsirovun oğlu Həsən Nəsirzadə ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş MMA və Qrapplinq idman növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında “Legion Döyüş Çempionatı-LFC” turnirində qalib gələrək qızıl medal və diplomla təltif olunub.

 

Bu barədə Pravda.az-a deputat Elman Nəsirov məlumat verib.

 

E.Nəsirov bildirib ki, oğlu Həsən rəqibi üzərində ilk dəqiqə ərzində qələbəni təmin etməyi bacarıb: "Çox sevindik. Turnirin ümummillli lider Heydər Əliyevin doğum günü ilə bağlı təşkil olunması məsuliyyəti son dərəcə artırırdı. Bu baxımdan qələbə də bir o qədər şərəflidir".

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi