azia.az
azia.az

“Ölümlə TƏHDİD EDİLİRƏM, mülküm əlimdən alınır”-Sahibkar Fərqanə Abbasova Prezidentdən kömək istəyir

Bu gün, 09:53

Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, 73 ünvanında yaşayan Fərqanə Nəriman qızı Abbasova  yenidən KİV-nə müraciət edib. Ölümlə təhdid olunduğunu bildirərək Prezident İlham Əliyevdən və Mehriban Əliyevadan kömək istəyir. 

Şikayətçi bildirir ki, qarşı tərəfin ortaya çıxardığı sənədlər tam saxtadır. Belə ki, Surxay Əliyev Əhəd oğlu adında bir şəxs əlinə bir etibarnamə və müddəti 30.10.2001-ci ildə bitmiş müqviləni alaraq hər kəsə bu obyektin onlara məxsus olduğunu deyib, əmlakı söküb qarət ediblər. İndi gəlin görək bu icarə müqaviləsi necənci ildə kiminlə bağlanıb. Və müddəti nə vaxt bitib.

4816 saylı 30 aprel 2001-ci il tarixli icarə müddəti 30.03.2001-ci ildən 30.10.2001-il tarixədək olan müqavilə bağlanmışdır. Müqavilənin tarixlərindən də görünür ki, müddəti cəmi 7 ay olmuş və bitmişdir. 

Müqavilə Vəzirov Mustafa Hişim oğlu oğlu ilə bağlanmış  və Surxay Əhəd oğlu Əliyev etibarnaməyə əsasən Vəzirov Mustafa Həşim oğlunu təmsil edir. 

Heç bir hüquqi əsası olmayan müqaviləyə əsaslanan Surxay Əliyev obyektə özbaşına daxil olmuş, özgəsinin əmlakını bilə-bilə ələ keçirmək məqsədi ilə dam örtüyünü dağıtməş, içərisində olan texniki avadanlıqları aparmış və külli miqdarda Fərqanə Abbasovaya ziyan vurmuşdur. 

Həyatının təhlükədə olduğunu bildirən zərərçəkən Fərqanə Abbasova Prezident İlham Əliyevdən və Mehriban xanım Əliyevadan kömək istəyir.

Dəymiş ziyanın ödənilməsini və günahkarların cəzalandırılmasını XAHİŞ EDİR.

Şikayətçi həmçinin onu da qeyd edir ki, bağlanmış müqavilənin özü də saxtadır. Çünki sənədin arxivdə kökü yoxdur. Burada bilə-bilə sənədləri saxtalaşdırıb özgəsinin əmlakını ələ çeçirmək məqsədi güdülüb. Əlbəttə ki, bu da Azərbaycan qanunvericiliyində cinayət məsuliyyəti yaradır.

 

 

 

Xatırlatma.....

 

 

Vətəndaş Fərqanə Abbasova şikayətində bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, giriş 50 A ünvanında yerləşən, rəhbəri olduğum "Rəhimli" firmasının balansında olan  247.9 kv/m-lik "Görüş" kafesi bir qrup “reket” tərəfindən əlimdən zorla alınır.

Şikayətçi deyir ki, kafeni əlimdən zorla almaq istəyən həmin şəxslər məni ölümlə təhdid etməkdən də çəkinmirlər:

"Onlar məni ölümlə təhdid edirlər. Kafeyə aid müvafiq sənədləri toplayıb dövlətin qoyduğu vahid pəncərə prinsipi əsasında Reystr Xidmətinə sənədlərin təsdiqlənməsi üçün təqdim etmişəm. Əfsuslar olsun ki, bu ərəfədə mənə məxsus obyektə Mustafa və onun əlaltısı Surxay adlı şəxs tərəfindən buraxılmıram. Hətta, bir neçə vaxt bundan əvvəl yenidən obyektə baxmağa getdim.

Bir dəstə tanımadığım adamlar töküldülər mənim, qadın xeylağının üzərinə. Təhdid olunduğum üçün, həyəcan və qorxudan ürəyim dayandı. Üstümə Təcili Yardım çağırıldı. Məni xəstəxanaya yerləşdirdilər. Hətta, onların arasında özünü vəkil kimi təqdim edən birisi də məni hədələməyə başladı. Dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləmişəm. Heç bir əlacı yoxdur. Mənə elə gəlir ki, polis də onların əlində aciz qalıb"-deyə Fərqanə Abbasova bildirir.

Həmin şəxslərin bazarda qeyri-qanuni biznes ilə yəni dam örtüyü satışı ilə məşğul olduqlarını qeyd edən Fərqanə Abbasova, onların əllərində saxta bir müqavilə və etibarnamə olduğunu iddia edərək qeyd edir:

"Əllərində saxta bir müqavilə və etibarnamə olduğunu qeyd edirlər. Amma bu sənədlər hansısa yollarla alınmış saxta sənədlərdir. Mərkəzi Reystrin arxivində göstərdikləri sənədin kökü yoxdur. Əgər belə olsaydı, 6 ay bundan əvvəl obyektin sənədləşməsi üçün müraciət elədiyim Mərkəzi Reystr portalında onlara aid bir sənəd çıxardı. Görünür, onların şəxsi tanışları və dostlartı bunlara yağlı vədlər verirlər. Amma mən dövlətin gücünə və Prezidentimə, hüququn gücünə inanıram. Belələri çox gəlib-gediblər.

Obyektin üstünü və pəncərələrini söküb dağıdıblar. Mənə külli miqdarda maddi ziyan vurublar. İçindəki soyuducuları, əmlakı da dağıdıblar"

 Şikayətçi deyir ki, onlar məni intihar həddinə çatdırıblar:

"Onlar məni intihar vəziyyətinə gətiriblər. Tək qadınam. Məni tək qadın oluğumu bilib, qoxudub, mülkümü əlimdən almaq istəyirlər. Başda Cənab Prezident İlham Əliyev və 1-ci vitse- Prezident Mehriban xanım olmaqla Daxili İşlər Naziri Vilayət Eyvazovdan, Baş Prokuror Kamran Əliyevdən kömək istəyirəm. Çünki, əvvəlki müraciətim əsasında bu “reket”lərin qanunsuz hərəkətləri dayandırılmışdı. İndi yenidən hərəkətə keçiblər. Qeyd edim ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reystri” Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi idarəsində 24.10.2025-ci ildə müraciətimə baxılmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyindən daxil olmuş 09.01.2025-ci il tarixli, 1125010280 nömrəli elektron müraciət əsasında  yuxarıda qeyd edilən tikiliyə yerində baxış keçirilmiş və müvafiq ölçmə işləri aparılaraq hazırlanmış yer quruluşu planı 18.042025-ci il tarixdə Fövqaladıə Hallar Nazirliyinin elektron portalında yerləşdirilmişdir…

Həmin rəsmi məktubda xüsusi olaraq vurğulanır. Müraciətinizdə qeyd olunan Vəzirov Mustafa və Əliyev Surxay adlı şəxslərin adından Azərbaycan Respublikasının Prezidentinin 14.06.2023-cü il tarixli 2181 nömrəli fərmanının tələblərinə əsasən sözügedən qeyri-yaşayış binasının sənədləşdirilməsi ilə bağlı rəsmi müraciət daxil olmamışdır.Bu rəsmi sənddən də aydın olur ki, adıçəkilən adamlar bu obyekti əlimdən almaq istəyirlər" -deyə Fərqanə Abbasova müraciətində bildirir. 

Biz isə redaksiya olaraq yazını tədbir görülməsi üçün aidiiyyatı quraumlara ünvanlayırıq.


 

Azia.az araşdırma qrupu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi