azia.az
azia.az

BU QURUMUN 4 vəzifəli şəxsi həbs edilib - YENİ detallar

Dünən, 23:27

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatı zamanı saxlanılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin vəzifəli şəxsləri barəsində həbs qətimkan seçilib.

"Report" xəbər verir ki, Qaradağ rayon idarəsinin baş zabitləri Əliyev Etibar Yusif oğlu və Alıyev Şamil Məcid oğlu, Cəbrayıl şöbəsinin rəis müavini Mədətsoylu Niyam Etibar oğlu , Saatlı rayon şöbəsinin səfərbərlik hazırlığı Səfərbərlik bölməsinin zabiti Kərimli Araz Vüqar oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.

"Report"un xəbərinə görə, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.

Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib.

"Report" xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.

Onlar rüşvət almaqda ittiham olunur.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi