Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir
Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.
Xəbər verilir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım briqadaları tərəfindən 2 qadına – 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.