azia.az
azia.az

Günel Aslanova vəzifəsindən ayrıldı

10-04-2026, 08:34

Azərbaycan Tibb Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova işindən ayrılıb. 

Bu barədə o, sosial şəbəkədə yazıb. 

"Sizinlə bir məlumatı bölüşmək istəyirəm. 10 ildən artıqdır çalışdığım mənim üçün doğma olan Azərbaycan Tibb Universitetindəki vəzifəmdən öz istəyimlə ayrıldım. 

Böyük zəhmətlə keçdiyim bu yol mənim üçün sadəcə bir iş deyil, həm də zəngin təcrübə və dəyərli insanlarla, o cümlədən tibb sahəsinin peşəkarları ilə birgə fəaliyyət imkanı oldu. 

Başda ATU rəhbərliyi olmaqla, doğma universitetinin bütün kollektivinə, həmçinin daim əməkdaşlıq etdiyim media nümayəndələrinə dərin təşəkkürümü bildirirəm!", - deyə Günel Aslanova bildirib. /yenisabah


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi