azia.az
azia.az

İran parlamentinin Komitəsi Hörmüz boğazından keçid rüsumların tətbiqini təsdiqlədi

31-03-2026, 09:19

İran parlamentinin Daxili Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərə tarif tətbiq etmək planını təsdiqləyib.

 

Bu barədə "Tasnim" agentliyi komitə üzvünə istinadən bildirib.

 

Məlumata əsasən, Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı yeni plana həmçinin ABŞ, İsrail və ya əvvəllər İrana qarşı birtərəfli sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa qoyulması da daxildir. Rüsumların İran rialı ilə ödənilməli olduğu qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi