Yasamal MKTB-nin əməkdaşları təbiətin bu ağır leysan sınağından məharətlə çıxdı
Yasamal MKTB-nin əməkdaşları təbiətin bu ağır leysan sınağından məharətlə çıxdı.![]()
Azərbaycanda saatlarla davam edən intensiv leysan xarakterli yağış paytaxt və ətraf qəsəbələrdə ciddi fəsadlar yaradıb. Xüsusilə Abşeron yarımadasında müşahidə olunan güclü yağıntı bəzi ərazilərdə subasma hallarına səbəb olub. ![]()
Heç şübhəsis ki, paytaxta son iki gündə intensiv yağan yağışlar ciddi fəsadlar törədib. Yaşanan çətinliklərin aradan qaldırılması istiqamətində operativ tədbirlər də görülüb. Bakı şəhərində də təxirəsalınmaz işlər aparılır. ![]()
Əlbəttə ki, Bakıda intensiv yağıntıların yaratdığı problemlə sakinlərin münasibəti heç də birmənalı deyil. Belə ki, qəfil yağan leysan az qala Bakı şəhərinin bəzi küçələrindəki intensiv hərəkət hissələrini iflic etmişdi. Suyun yaratdığı problemin fasadları hələ bir müddət aradan qaldırılmağa çalışılıcaq.
Ancaq Bakı şəhərinin elə rayonları da var idi ki, bu rayon bütün var qüvvəsini səfərbər etməklə yaranmış fasadların aradan qaldırılmasına nail oldular. Bu rayonlardan biri də Yasaamal rayonudur ki, vətəndaş məmnunluğu bu rayonda çox yüksəkdir. Redaksiya olaraq yağıntı və və yağıntıdan sonra sakinlər arasında apardığımız sorğuda müəyyən olundu ki, bu məmnunluğun səbəbi var. Bu da görülən işlərdir. ![]()
Azia.az bildirir ki, Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları rayon ərazisində əraziyə baxış zamanı problemli əraziləri müəyyən ediblər. Əsas nəzarətdə saxlanılan küçələrdən bunları qeyd etmək olar:![]()
Parlament pr.
A.Şaiq küçəsi
N Nərimanov prospekti
Çuxursədd (Bünyadzadə)küçəsi
Şərifzadə kücəsi
Yuxarıda sadaladığımız küçələrdə xüsusilə yağış sularının normal axını üçün su barmaqlıqları və drenaj xətləri diqqət mərkəzində olub. Bu ərəfədə işçilərin 24 saat çalışıdığı da bildirilib. Yorulmadan işlərinə davam ediblər. Fasiləsiz iş rejimi onları üzərlərinə düşən məsuliyyətin böyüklüyünü bir daha ortaya qoyub. ![]()
Aparılan təmizləmə işləri nəticəsində su barmaqlıqları yığılan tullantılardan və lil qatından azad edilib, bununla da yağış sularının maneəsiz axını təmin olunub. Görülən tədbirlər sayəsində ərazidə suyun səviyyəsi qısa müddətdə azalıb və sakinlərin gündəlik həyatına mənfi təsir minimuma endirilib.![]()
Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, sözü gedən müəssisənin əməkdaşları hava şəraitinin qeyri-sabit keçdiyi günlərdə də bu cür operativ tədbirləri davamlı xarakter daşıdığını qarşılarına əsas məqsəd kimi qoyublar. Eyni zamanda, vətəndaşlara da yağış sularının axınına mane ola biləcək tullantıların küçələrə atılmaması tövsiyə olunub.![]()
Gün ərzində həyata keçirilən tədbirlərlə yanaşı, axşam saatlarında da işlər dayandırılmadan davam etdirilib.
Verilən məlumata görə, yağışdan sonra ərazidə dizinfeksiya və digər profilaktik tədbirlər görülüb ki, bu da gələcəkdə oxşar problemlərin qarşısını almaqda mühüm rol oynayır.
Azia.az