azia.az
azia.az

Nərimanovda 24 saat küçələrdə işləyən MKTB-nin əməkdaşları yorulmadan çalışır

29-03-2026, 11:10

Azəərbaycanda son iki gündə intensiv yağan yağışlar ciddi fəsadlar törədib. Yaşanan çətinliklərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Bakı şəhərində də təxirəsalınmaz işlər aparılır. 

Azia.az bildirir ki, Nərimanov rayonu  Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları rayon ərazisində əraziyə baxış zamanı problemli nöqtələri müəyyən ediblər. Xüsusilə yağış sularının normal axını üçün su barmaqlıqları və drenaj xətləri diqqət mərkəzində olub. 24 saat çalışıb, yorulmadan işlərinə davam edirlər. Fasiləsiz iş rejimi onları üzərlərinə düşən məsuliyyətin böyüklüyünü bir daha ortaya qoyur. 

Aparılan təmizləmə işləri nəticəsində su barmaqlıqları yığılan tullantılardan və lil qatından azad edilib, bununla da yağış sularının maneəsiz axını təmin olunub. Görülən tədbirlər sayəsində ərazidə suyun səviyyəsi qısa müddətdə azalıb və sakinlərin gündəlik həyatına mənfi təsir minimuma endirilib.

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, sözü gedən müəssisənin əməkdaşları hava şəraitinin qeyri-sabit keçdiyi günlərdə bu cür operativ müdaxilələr davamlı xarakter daşıyacaq. Eyni zamanda, vətəndaşlara da yağış sularının axınına mane ola biləcək tullantıların küçələrə atılmaması tövsiyə olunur.

Gün ərzində həyata keçirilən tədbirlərlə yanaşı, axşam saatlarında da işlər dayandırılmadan davam etdirilir.

Verilən məlumata  görə, vaxtında aparılan profilaktik tədbirlər gələcəkdə oxşar problemlərin qarşısını almaqda mühüm rol oynayır.

Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi