azia.az
azia.az

Sabunçuda maşınlar su altında qalıb - VİDEO

Dünən, 14:36

Məlum olduğu kimi, ötən gündən yağan yağış paytaxtın Sabunçu qəsəbəsində ciddi fəsadlara yol açıb.

Azia.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən vəziyyət daha da ciddiləşib. Bu haqda vətəndaşlar sosial şəbəkələrdə görüntülər paylaşırlar.

Videolardan maşınların su altında qaldığı, ərazidə istər piyada, istərsə də avtomobillə hərəkətin mümkünsüz olduğu görünür. 

Qeyd edək ki, dünəndən Sabunçu dəmiryol vağzalının ərazisi və ətraf yollar su altında qalıb. Sabunçu keçidində (tunelində) növbəti dəfə subasma qeydə alınıb, orada nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi