“Nurçu” olduğu deyilən Elnur Abdullayevin bahalı saat kolleksiyası - Anar Əlizadədən yarımmilyonluq hədiyyə (FOTOLAR)
Bir zamanlar lüks avtomobillərə olan marağı ilə diqqət çəkən “Habel Global”ın idarə heyətinin sədri Elnur Abdullayev indi də bahalı saatları ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.
32gun.az-a verilən məlumata görə, E.Abdullayev “Patek Philippe” və “Rolex” markalarına üstünlük verir.
Onun kolleksiyasında olan “Patek Philippe” markasının “Gondalo” modelinin qiyməti 48.600 dollardır.