“Nurçu” olduğu deyilən Elnur Abdullayevin bahalı saat kolleksiyası - Anar Əlizadədən yarımmilyonluq hədiyyə (FOTOLAR)
“Nurçu” olduğu deyilən Elnur Abdullayevin bahalı saat kolleksiyası - Anar Əlizadədən yarımmilyonluq hədiyyə (FOTOLAR)
Bir zamanlar lüks avtomobillərə olan marağı ilə diqqət çəkən “Habel Global”ın idarə heyətinin sədri Elnur Abdullayev indi də bahalı saatları ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.
32gun.az-a verilən məlumata görə, E.Abdullayev “Patek Philippe” və “Rolex” markalarına üstünlük verir.
Onun kolleksiyasında olan “Patek Philippe” markasının “Gondalo” modelinin qiyməti 48.600 dollardır.
Ən ucuz saatlarından biri isə “Rolex” markasının “Oyster” modelidir. Bunun isə qiyməti 12.450 dollardan başlayır.
Hətta saytımıza verilən məlumatda Elnur Abdullayevin “day-day”ı kimi tanınan Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadə ona saat sevgisi səbəbindən öz xüsusi hədiyyəsini təqdim etdiyi iddia edilir. İddiaya görə, Anar Əlizadə Elnur Abdullayevə Ziya Məmmədovun oğlu Anar Məmmədovun saatından – “Ulysse Nardin Safari Minute Repeater” bağışlayıb. Bu saatın qiyməti 400 min dollardır.
Xatırladaq ki, sabiq nazir Ziya Məmmədovun keçmiş kadrı olub. Mətbuatada gedən məlumata görə, sabiq nazir vaxtı ilə ona “Lexus” markalı avtomobil bağışlayıb.
Sonradan Rövnəq Abdullayev xəttinə “transfer” olunan Elnur Abdullayev mətbuatda gedən məlumata görə, Anar Əlizadənin əsas adamlarından birinə çevrilib.
Elnur Abdullayev həm yerli mətbuatda, həm də Türkiyə mətbuatında Fəttullah Gülən tərəfdarı “Nurçu” kimi qələmə verilib. Hətta biz neçə ay öncə Türkiyə mətbuatında Elnur Abdullayev haqqında “Haber Global”ın sahibi FETÖ imamı mı?” başlıqlı xəbər yayımlanıb.
Nilay