Mərkəzi Elmi Kitabxanada Novruz bayramı qeyd olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Novruz bayramı münasibətilə bayram tədbiri təşkil edilib.![]()
Tədbir çərçivəsində xalqımızın qədim ənənələrini özündə əks etdirən İlaxır çərşənbə qeyd olunub, bayramın əsas rəmzlərindən sayılan tonqal qalanıb. Tonqal ətrafında toplaşan kitabxana kollektivi bayram ab-havası içində birlik, bərəkət və yenilənmə rəmzi olan Novruzun gəlişini qeyd edib.![]()
Kollektivi bayram münasibətilə təbrik edən kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov onlara xoş arzularını çatdırıb. O, Novruzun milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
İctimaiyyətlə əlaqələr şöbəsi