Ombudsman kitabxana fondundan hədiyyə etdi
14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Daxili Qoşunların Hərbi İnstitutuna Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının kitabxanasının mübadilə fondunda yer alan nəşrlərdən hədiyyə olunub.![]()
Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən, eləcə də Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici çap vəsaitləri, o cümlədən "Polis və insan hüquqları" adlı vəsait, ümumilikdə 30 adda kitab hədiyyə olunub.