azia.az
azia.az

66 yaşında yüksək vəzifəyə gətirilən şəxs KİMDİR? — FOTO

14-02-2026, 10:42

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin olunub.

Azia.az-ın  İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı icra başçısı Elxan Allahverdiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Musayev Şahin Möhtərəm oğlu baş memar vəzifəsinə təyin olunub.

O, eyni zamanda həm Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, həm də şöbənin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri vəzifələrini də icra edəcək.

Xatırladaq ki, Ş.Musayev yeni struktur dəyişikliyindən əvvəl ləğv olunmuş Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) olub. O, II dərəcəli dövlət qulluqçusudur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi