azia.az
azia.az

İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı

12-02-2026, 08:54

Sabirabadın Qaratəpə kənd sakini, I Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Rəsul Ağayevin nəşi tapılıb.

News24.az xəbər verir ki, şəhid R. Ağayev 1992-cı ildən etibarən itkin hesab olunurdu.

34 il sonra nəşi tapılan şəhidimiz evli idi, bir qız övladı yadigar qalmışdı. Hazırda şəhidimizin adın daşıyan Rəsul adında nəvəsi var.

Şəhid R. Ağayevin nəşinin gələn həftə doğulduğu Qaratəpə kənd qəbirstanlığında dəfn olunacağı gözlənilir. (Unikal)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi