azia.az
azia.az

Çövkən oyunu üzrə 12-ci Prezident Kubokunun final görüşü keçirilmişdir

Bu gün, 13:13

24 dekabr 2025-ci il tarixində  Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən oyunu üzrə 12-ci Prezident Kubokunun final görüşü və mükafatlandırma mərasimi keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatmışlar. 

6 komandanın iştirak etdiyi turnirdə əvvəlcə 3 qrup oyunu keçirilmiş, birinci və ikinci yerləri tutan komandalar yarımfinal mərhələsində mübarizə aparmışlar. 

Daha sonra yarımfinalın qalibləri çempionluq uğrunda, məğlub komandalar isə üçüncülük uğrunda qarşılaşmışlar.

Gərgin keçən üçüncülük qarşılaşmasında Sərhədçi komandası rəqibi Embawood komandasını 2 : 1 hesabı ilə məğlub edərək turnirin bürünc medalını qazanmış, Prezident Kubokunun finalında isə Elit komandası güclü oyun nümayiş etdirərək Polad komandası üzərində 3:2 hesablı üstünlüklə çempion olmuşdur. 

Oyunların yekun nəticəsinə uyğun olaraq finala qədər mübarizə aparan Polad komandası turniri ikinci yerdə başa vurmuşdur.

Final görüşünün sonunda keçirilmiş mükafatlandırma mərasimində ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif edilmiş, çempion Elit komandasına isə Prezident Kuboku təqdim olmuşdur.

Azərbaycan Respublikası Atçılıq Federasiyası



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi