Lotereya oyunları adı ilə dələduzluqda ittiham olunan qadına elektron qolbaq taxıldı
Bakıda lotereya oyunları təşkil etmək adı ilə vətəndaşlara qarşı dələduzluq eməkdə təqsirləndirilən Gülay Sadıqzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesDə hökm oxunub.
Hökmə əsasən, G.Sadıqzadə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasIna (elekktron qolbaq) məhkum edilib.
İttihama görə, o, 4 nəfərə qarşı ümumilikdə 25 700 manat zərər vurub. İstintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə