azia.az
azia.az

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Bu gün, 15:38

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  Azia.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayrağı sıra meydanına gətirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimlərdə Ümummilli lider Heydər Əliyevinşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Böyük Zəfərin 5-ci ildönümünə təsadüf edən andiçmə mərasimlərində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində mətinliklə döyüşmüş sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini xüsusi vurğulamışlar.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılmışdır.

Tədbirlərdə Vətənə, dövlətə sədaqət andı içən gənc əsgərlərin nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və Müzəffər Ali Baş Komandana daim sadiq qalacaqlarına, Vətən sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanmışdır.

Hərbi qulluqçuların valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Andiçmə mərasimləri gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.


 

i



ftw


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi