Tehranda idmançı qız BUNA GÖRƏ HƏBS OLUNDU
Tehranlı taekvandoçu və gimnastika məşqçisi Xaniya Şəriəti Rudpoşti ictimai yerlərdə hicabsız akrobatik hərəkətlər etdiyini nümayiş etdirən videonun yayılmasından sonra saxlanılıb.
“Azad İran” “Telegram” kanalına istinadən xəbər verilir ki, hazırda onun harada saxlanıldığı məlum deyil.