azia.az
azia.az

“44 günlük müharibəyə qədər Rusiya Ermənistanı ‘ip ilə gəzdirirdi’”

Bu gün, 12:07

“44 günlük müharibəyə qədər Rusiya Ermənistanı ‘ip ilə gəzdirirdi’”.

News24.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi və Azərbaycanla sülh mövzusunda sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın bəyanatlarına cavab olaraq deyib.

Paşinyanın sözlərinə görə, əvvəlki prezidentlər və onların arxasında dayanan qüvvələr Ermənistanı “ip ilə gəzdirirdilər”, bunu isə “xalqların hüquqları” və “tarixi ədalət” kimi şüarlarla pərdələyirdilər.

Baş nazir bildirib ki, müharibəyə qədər aparılan bütün danışıqlar və irəli sürülən təkliflər münaqişənin həllinə yox, Ermənistan üzərində xarici nəzarəti gücləndirməyə, yəni “ipi qısaltmağa” yönəlib.

Paşinyan vurğulayıb ki, bu siyasətin əsas məqsədi Ermənistan dövlətçiliyinin məhv edilməsi olub.

O həmçinin qeyd edib ki, ilin sonunadək bunu təsdiqləyən danışıqları, sənədləri dərc ediləcək.

Baş nazir Köçəryan və Sarkisyanı ölkəni “KQB ssenarisinə” qaytarmaq cəhdində ittiham edib və əlavə edib ki, bu ssenari “Lenin, partiya, Qorbaçov” şüarı altında hazırlanıb və həyata keçirilib.

“Nəticə gözlənilən kimi – sıfırdır,” — deyə Paşinyan yekunlaşdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi