azia.az
azia.az

Vəkillərin pensiya təminatı ilə bağlı MÜHÜM TƏKLİF

Bu gün, 18:39

"Vəkillərin fəaliyyəti hakimlər və prokurorlar kimi cəmiyyətdə mühüm dəyər daşıyır. Vəkillik yalnız gəlir gətirən bir peşə deyil, eyni zamanda ədalət mühakiməsinin ayrılmaz bir hissəsidir. Vəkillər prokurorlar və hakimlər kimi məhkəmə prosesində əvvəldən axıradək iştirak edirlər. Lakin etiraf etməliyik ki, bütün bunlar vəkillərin layiqli əmək pensiyasına kifayət etmir".

Azia.az E-huquq.az istinadən  xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bununla əlaqədar qanunvericiliyə dəyişiklik edilməsini təklif edib: "Məsələn, digər dövlət orqanlarında olduğu kimi, Vəkillər Kollegiyasının üzvləri üçün də 35 il stajı olanların yaşa görə pensiyaya çıxması təmin edilsin. Düşünürəm ki, bu dəyişiklik büdcəyə əhəmiyyətli bir yük yaratmaz və beynəlxalq təcrübə də bunu dəstəkləyir. Belə addımlar atılarsa, vəkillik institutunun fəaliyyəti daha da təkmilləşər və hüquq sistemindəki rolu daha da möhkəmlənər".

A.Quliyev hesab edir ki, vəkillik institutu bu gün ciddi dəstək və inkişafa ehtiyac duyur. Onların iş şəraiti və maddi təminatı yaxşılaşdırılarsa, bu, həm ədalət mühakiməsinin keyfiyyətini yüksəldər, həm də vəkillərin cəmiyyətə daha böyük töhfələr vermələrini təmin edər.

Şəbnəm Mehdizadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi