azia.az
azia.az

Dövlət Məşğulluq Agentliyində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib

Bu gün, 14:29

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin vəzifəli şəxsləri və əməkdaşları üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib.

Təlimdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova informasiya əldə etmək hüququ sahəsində beynəlxalq və milli qanunvericiliyin tələbləri, eləcə də dövlət orqanları və digər informasiya sahiblərinin bu istiqamətdə daşıdıqları vəzifələri barədə ətraflı məlumat verib.

Sonra Ombudsman Aparatının əməkdaşları tərəfindən iştirakçılara Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət funksiyaları, həmçinin qanun pozuntuları olduğu təqdirdə Ombudsmanın protokol tərtib etmək səlahiyyəti barədə ətraflı məlumat təqdim olunub.

İnteraktiv formada keçirilən tədbirdə geniş fikir mübadiləsi aparılıb, qanunun icra mexanizmi, eləcə də digər mövzular üzrə iştirakçıları maraqlandıran suallar Ombudsman Aparatının nümayəndələri tərəfindən cavablandırılıb.

Yekunda informasiya əldə etmək hüququ ilə bağlı elektron mənbələr barədə məlumat verilib və Müvəkkilin təşəbbüsü ilə hazırlanmış maarifləndirici çap vəsaitləri iştirakçılara təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi