azia.az
azia.az

MEK əməkdaşı Bişkekdə keçirilən beynəlxalq konfransda iştirak edib

Bu gün, 18:15

MEK əməkdaşı Bişkekdə keçirilən beynəlxalq konfransda iştirak edib

MEK-in ictimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, 2025-ci il 8–11 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “İnformasiya cəmiyyətində yaddaş institutları, kitab və oxu” mövzusunda IV Beynəlxalq konfrans keçirilib. Tədbir Qırğızıstan Respublikasının Milli Tarix Muzeyinin 100 illik yubileyinə həsr olunub.

 Konfransda müxtəlif ölkələrdən kitabxana, muzey, nəşriyyat və elmi müəssisə nümayəndələri iştirak ediblər.

 Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanasının Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri Natəvan Hacıyeva iştirak edərək “Azərbaycanın akademik irsinin qorunması və onun təkmilləşdirilməsi yolları” mövzusunda məruzə ilə çıxış edib.

 Natəvan Hacıyeva çıxışında MEK-in 100 illik yubileyini vurğulayaraq kitabxananın son illərdə həyata keçirdiyi innovativ layihələr, rəqəmsallaşdırma istiqamətində görülən işlər və elmi irsin qorunması sahəsində nailiyyətlər barədə iştirakçılara məlumat verib.

 Konfrans çərçivəsində yaddaş institutlarının rəqəmsal transformasiyası, mədəni irsin qorunması və qlobal informasiya cəmiyyətində oxunun təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi