azia.az
azia.az

Bakıxanovda hər an qısaqapanma baş verə bilər - Kim məsuliyyət daşıyır? - VİDEO

8-10-2025, 23:44

Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Əliyar Əliyev küçəsinin sakinləri Patrulaz.az redaksiyasına müraciət ediblər. Onların göndərdiyi videogörüntülərdə binalarda yerləşən işıq sayğaclarının quraşdırıldığı elektrik şitinin vəziyyəti həqiqətən də təhlükə mənbəyi kimi görünür.

Sakinlərin sözlərinə görə, şit sanki bir “hörümçək torunu”nu xatırladır: naqillər dolaşıb, açıq qalıb, təhlükəsizlik qaydalarına isə ümumiyyətlə əməl olunmayıb.

Vəziyyətin acınacaqlı olduğunu bildirən sakinlər haqlı sual edirlər:

“Əgər hər hansısa qısaqapanma və ya yanğın baş versə, biz elektrik axınını dayandırmaq üçün necə müdaxilə etməliyik?”

Onların sözlərinə görə, bu cür bərbad vəziyyətdə olan elektrik şitləri həm insanların həyatına təhlükə yaradır, həm də yanğın riskini artırır.

Patrulaz.az olaraq məsələ ilə bağlı Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ülvi Həsənova sual ünvanlayırıq:

“Cənab rəis, bu mənzərə XXI əsrdə, paytaxtın mərkəzinə bir neçə kilometr məsafədə yerləşən bir yaşayış massivində necə mümkündür? Biz hansı dövrdə yaşayırıq?”

Günay Salayeva



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi