azia.az
azia.az

Kürdlər Hələbdə Suriya ordusunu atəşə tutub

Bu gün, 09:53

Kürdlərin rəhbərlik etdiyi terrorçu Suriya Demokratik Qüvvələrinin (SDQ) bölmələri Suriya ordusunun Hələb vilayətinin şərqindəki mövqelərini artilleriya və pilotsuz təyyarələrdən atəşə tutub.

Musavat.com xəbər verir ki, məlumatı Suriya televiziyası yayıb.

Telekanalın məlumatına görə, hədəf alınan ərazi Fərat çayı sahilindəki Tişrin bəndi olub. SDF isə iddia edir ki, hücum hökumət qüvvələrinin yerli sakinlərin evlərinə maddi ziyan vurduğu iddia edilən atəşə cavab olub.

Suriya keçid hökumətinin Müdafiə Nazirliyi dəfələrlə kürdləri əldə edilmiş razılaşmaları yerinə yetirməyə, Hələb və ətrafını atəşə tutmağı dayandırmağa çağırıb. SDF komandanlığı isə öz növbəsində hökumətyönlü qüvvələr tərkibində fəaliyyət göstərən “intizamsız qrupları” təxribatlarda ittiham edib.

Mart ayında Suriyanın keçid prezidenti Əhməd əl-Şaraa və SDF komandiri Mazlum Abdi kürd döyüşçülərinin ilin sonuna qədər Suriyanın nizami ordusuna inteqrasiyası ilə bağlı saziş imzalayıblar. Tərəflər Suriyanın şimal-şərqində yerləşən hava limanları, eləcə də qaz və neft yataqları da daxil olmaqla kürdlərin nəzarətində olan bütün mülki və hərbi obyektlərin Dəməşqdəki yeni administrasiyanın səlahiyyətinə veriləcəyi barədə razılığa gəliblər. Bununla belə, danışıqların sonrakı raundları SDF və keçid hökumətinin mövqelərində ciddi fərqlər aşkar etdi. Xüsusilə kürdlər Suriyanın şimal-şərqində onlara geniş inzibati səlahiyyətlər verəcək qeyri-mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılmasında israrlıdırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi