azia.az
azia.az

Cabir dedi ki, yemirəm, idman zalından çıxmıram - Video

Bu gün, 16:23

Əməkdar artist Vasif Məhərrəmli mərhum aktyor Cabir İmanovla vida mərasimində media nümayəndələrinə açıqlama verib.

Azia.az  Axşam.az-a istinadən xəbər verir ki, müğənni onunla bir neçə gün əvvəl söhbətini xatırlayıb.

O bildirib ki, C.İmanov hər gün idman zalına gedirmiş:

"Həmişə bizi gülməkdən ağladan adam, indi birdəfəlik ağlatdı. Bir ay əvvəl görüşmüşdük. Dedim, necə formadasan? Dedi ki, zaldan çıxmıram. Allah ailəsinə səbr versin. Səhhətində heç vaxt problem olmayıb. Canavar kimi idi, əməlli başla formada idi. Çox çətindir forma yığmaq. Soruşdum necə bacardın? Dedi ki, yemirəm, diqqət edirəm".

Qeyd edək ki, C.İmanov ötən gün idman zalında infarktdan dünyasını dəyişib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi