"Tibb Universitetini bitirən həkimlərimiz gedib xarici ölkələrdə işləyə, orada aparıcı həkimlər ola bilirlər, amma Azərbaycanda... "- AÇIQLAMA
Xalq artisti Faiq Ağayev son paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib. Sənətçi statusunda qeyd edib ki "Tibb Universiteti məzunları 3 il müəllimlərini müalicə etsinlər, daha sonra həkim işləsinlər".
Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla müğənninin səsləndirdiyi fikirlərlə bağlı AZXEBER.COM-a açıqlama verib.
"Bu deyilənlərdə müəyyən haqq var. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, necə olur ki, Azərbaycan Tibb Universitetini bitirən həkimlərimiz gedib xarici ölkələrdə işləyə, orada aparıcı həkimlər ola bilirlər. Amma Azərbaycanda hamısı küncə sıxılıblar. Hansı ki, bu gün Almaniyada bizim xeyli həkimlərimiz var.”
Professor vurğulayıb ki, bu, düzgün yanaşma deyil: