azia.az
azia.az

Bu toyuqları almayın! Görün nə yedizdirilir

24-04-2025, 15:43

Həkim deyir ki, küçədə satılan toyuqlar təhlükə mənbəyidir; qida mütəxəssisi: “4-6 aya yetişdirilməli toyuqlar 6-7 həftəyə 2 kiloqrama çatdırılır..."

Bazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb. İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar, kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar.

Bəs vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər? Qida təhlükəsizliyi eksperti İlkin Şirinov “Kaspi”yə  bildirib ki, broyler toyuqlarının qidalanmasında kimyəvi qatqılı xüsusi kökəldici yemlərdən istifadə olunur.

Ekspertin fikrincə, belə halların qarşısının alınması üçün xüsusi mexanizm olmalıdır ki, insanlar işbazların qurbanına çevrilməsinlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, toyuqlar əsasən üç cür şəraitdə yetişdirilir: “Birincisi tam azaddır. Səhər hindən buraxılır, bir də axşam hinə doldurulur. Onlar buğda və arpa yarması ilə də qidalanırlar. İkincisi yarımazad toyuqlardır. Onlar hasar daxilində olsalar da, açıq havada olurlar. Onlara həm broylerlərin, həm də azad toyuqların yediyi yemlər verilir.  Üçüncü isə tam qapalı şəraitdə saxlanılan broyler toyuqlarıdır. Onları tez yetişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir. Onlar da insan orqanizmi üçün zərərlidir”.

Hər gün belə toyuqlardan yemək sağlamlıq üçün nə dərəcədə təhlükəlidir?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi