ŞAGİRDİN səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanılıb.
"Məsələdən məlumatlıyıq, artıq ötən həftədən etibarən araşdırma başlanılıb.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib.
Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq", - deyə məlumatda qeyd olunub.