azia.az
azia.az

BDU-da BİABIRÇILIQ: lobaranta əxlaqsız təklif və… – Sabiq deputat hüquqşünası polisə verdi

25-12-2018, 10:39

Bakı Dövlət Universitetində yeni qalmaqal baş verib.

Teref.az axar.az-a istinadən xəbər verir ki, keçmiş millət vəkili, hazırda BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri olan Rəbiyyət Aslanova universitetin hüquqşünası Tamilla Çələbiyevadan polisə şikayət edib.

Səbəb isə kafedranın müəllimi olan yaşlı insanın həmin kafedrada lobarant işləyən gənc xanıma əxlaqsız təklifi olub.

İddiaya görə, kafedrada baş verən insidentə universitetin hüquqşünası müdaxilə edib və laborantı hansısa yolla kafedra müəllimindən şikayət etmək fikrindən daşındırıb. Bundan xəbər tutan R.Aslanovanın əxlaqsız təklif səsləndirən şəxsin kafedrada qalmasının mümkünsüzlüyü ilə bağlı mövqeyi isə onun T.Çələbiyeva ilə toqquşmasına səbəb olub. Nəticədə T.Çələbiyevadan polisə şikayət olunub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən T.Çələbiyeva bildirib ki, ondan polisə R.Aslanova deyil, sözügedən, adının açıqlanmasını istəmədiyi laborant şikayət edib.

T.Çələbiyeva R.Aslanova ilə aralarında heç bir problem olmadığını da deyib:

“Bir xanımın valideynləri rektorun qəbuluna gəlmişdilər. Rektor olmadığına görə, onlardan nə ilə bağlı rektorun qəbulunda olmaq istədiklərini soruşdum. Bildirdilər ki, R.Aslanovanın kafedrasında çalışan laborantla bağlı şikayətləri var. Mən onları dinlədim, daha sonra onların müraciətinə əsasən şikayət etdikləri həmin xanımı çağırdım. Bu isə Rəbiyyət xanımın xoşuna gəlməmişdi ki, onun işçisini niyə çağırmışam”.

Hüquqşünas bildirib ki, o, öz vəzifə borcunu yerinə yetirib:

“Həmin laborantı ilk dəfə idi görürdüm. Yeni işçidir, qabiliyyətli, çox savadlı və zəhmətkeş ailədən olan xanımdır. Özünə də bildirdim ki, sənə nə kömək lazımdırsa, etməyə hazıram. Bilirəm ki, o xanım məni bilərəkdən şikayət etməyib. Özünə də bildirdim ki, ola bilər, səni kimsə düzgün qiymətləndirməyib, yanlış yönəldib. Sonradan bildim ki, iclas keçirilib və iclasda bildirilib ki, universitetin hüquqşünası onu şantaj edib. Halbuki mənim onu şantajım ümumiyyətlə, mümkün deyil”.

T.Çələbiyeva bildirib ki, R.Aslanovanın əsəbiləşməsinə səbəb onun kafedrasının əməkdaşını çağırması olub: “Mən universitetdə hamıya kömək edən şəxsəm. Heç kəslə bu günə qədər bir problem yaşamamışam. Mənimlə bağlı polisə şikayət etmək o xanımlıq da deyil. Yəqin ki, onu kimsə öyrədib ki, belə etsin. Rəbiyyət xanım məni otağına çağırıb bildirdi ki, mən hansı səbəblə onun kafedrasının əməkdaşını çağırmışam. Rəbiyyət xanıma bildirdim ki, vəzifə borclarımdan biri də budur. İzah etdim ki, bir xanım valideynləri ilə gəlmişdi və şikayət edirdi. Bu səbəbdən həmin laborant xanımı çağırıb izahat almışam. Laborant xanım bizim əməkdaşımızdır, universitetimizin işçisidir, mən də istəmərəm bizim əməkdaşla bağlı hər hansı şikayət olsun. Yasamal Rayon Polis İdarəsinə də izahatımı sizə bildirdiyim kimi verəcəyəm”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi