azia.az
azia.az

Həyati təhlükə olan halda Aptekdə xəstəyə iki halda yardım edilə bilər-TƏCİLİ

23-03-2023, 10:06

Son zamanlar sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan biri də halı pisləşən vətəndaşa apteklərdə iynə vurmağın mümkün olub-olmamasıdır. Bəs özünü pis hiss edən vətəndaşa aptekdə necə yardım etmək olar?

Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Elvin Nağıyev qeyd edib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq maddəsinə əsasən, aptek təşkilatlarında yalnız insan həyatı üçün təhlükə olan hallarda ilkin tibbi yardım göstərilə bilər.

“İlkin tibbi yardıma yalnız bədən hərarətinin, boyun və çəkinin, arterial təzyiqin ölçülməsi və qanda şəkərin miqdarının təyini kimi kiçik prosedurlar daxildir. Lakin bu prosedurlardan əlavə apteklərdə iynə vurulması, sistem qoşulması kimi halların tətbiq edilməsi yolverilməzdir. Bu kimi hallara yol verən aptek təşkilatları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyət daşıyırlar”, - deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi