azia.az
azia.az

Bakıda yeni avtomobil bazarı tikilir - VİDEO

17-10-2022, 08:44

Bakıda 10 hektar ərazidə yeni avtomobil bazarı tikilir.

Xəbər verilir ki, paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində inşa edilən bazarın hazırda 4 hektarlıq ərazisində işlər yekunlaşıb.

Asfalt vurulub, avtomobillərin sıra ilə dayanması üçün cizgi xətləri çəkilib. Bazarın nümayəndəsi Kəmallədin Qədim deyir ki, burada satış həm açıq havada, həm də qapalı şəraitdə həyata keçiriləcək.

Alqı-satqıya cəlb edilən avtomobillərin vaxt itirmədən diaqnostika edilməsi üçün bokslar olacaq. Hazırda həmin təmir sexlərinin tikintisi aparılır.

Bazarın yaxın günlərdə istifdəyə verilməsi planlaşdırılır.



VİDEO


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi