azia.az
azia.az

Azərbaycan şirkəti Laçında işləmək üçün işçi axtarır - MAAŞ 1200-1500 MANAT

13-10-2022, 09:49

GM Construction

Mühasib (Laçın layihəsi üçün)

Son tarix 11 noy 2022 - [email protected]

Vəzifə öhdəliyi:
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmalarının tərtibi və nəzarəti;
Təhtəl hesab, avans hesabatının aparılmasını, balans hesabatı üçün lazım olan ilkin əməliyyatları təmin etmək;
Hesab və elektron qaimə-fakturalarının yazılması;
Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsinə nəzarət;
Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
Vaxtlı-vaxtında və lazımı qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasını təmin etmək;
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasına nəzarət etmək;
Səlahiyyətləri çərçivəsində məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə tələblər:
Cins: kişi
Yaş həddi: 30-45
İxtisas üzrə  azı 5 il iş təcrübəsi;
Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
İstehsalat təcrübəsinin olması mütləqdir;
Konfidensiallığı qoruyub saxlamaq bacarığı;

Vergi Məcəlləsini bilməli;
MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli.
İş şəraiti:
AR ƏM əsasən rəsmiləşmə;
İş yeri - Laçın şəhəri;
Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
Əmək haqqı 1200 -1500 man.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi