azia.az
azia.az

Rusiya açarı Bakıya təhvil verir – Ermənistana təcili ÇAĞIRIŞ EDİLDİ

28-09-2022, 18:31


Dördüncü Brüssel görüşündən sonra Azərbaycanla Ermənistan arasında sülhlə bağlı müsbət gözləntilər xeyli artsa da Rusiyanın Xarkovdakı uğursuz əməliyyatları və geri çəkilməsi həm Ermənistan hərbi-siyasi rəhbərliyinin, həm də ABŞ və Fransanın Cənubi Qafqazda manevr imkanlarını xeyli artırdı.

Öncə Nikol Paşinyan Fransaya gedərək Emanuel Makronla görüşdü. Erməni baş nazir Fransa prezidenti ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında “Azərbaycan silahlı qüvvələrini Ermənistan “ərazisindən”çıxarmalıdır” tələbi ilə çıxış etməsi, bu ölkənin ritorikasından əl çəkmək niyyətində olmadığını yenidən nümayiş etdirdi.

Belə bir bəyanat səsləndirən Paşinyana deyən olmadı ki, bəs Qarabağdakı qanunsuz silahlı erməni birləşmələri niyə 2 ildir hələ də çıxarılmır?

Ermənistan dövlət başçısının “Azərbaycanın “hərəkətləri” səbəbindən regionda vəziyyət gərgin olaraq qalır” kimi sərsəm açıqlaması isə şübhəsiz ki, dünyanın diqqətini bölgədəki gərgin vəziyyətə yönləndirərək dünya güclərini Azərbaycana qarşı qaldırmaq məqsədi güdür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi