azia.az
azia.az

"Azadlığa buraxılma haqqında məhkəmə qərarı var, amma şəxs hələ də həbsdə saxlanılır"

3-09-2022, 11:54

"Azadlığa buraxılma haqqında məhkəmə qərarı var, amma şəxs hələ də həbsdə saxlanılır"
"Hüquqlarını müdafiə etdiyim Əliyev Ramal Ramin oğlunun həbsdə saxlanma müddətinin uzadılmasına dair Qobustan Rayon Polis Şöbəsi tərəfindən verilən vəsatət təmin edilməyib".

Bunu e-huquq.az-a açıqlamasında vəkil Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, ötən gün Qobustan Rayon Məhkəməsi hakim Natiq İsmayılovun sədrliyi ilə təqsirləndirilən şəxsin məhkəmə iclas zalından azadlığa buraxılması haqqında qərar qəbul edib.

Lakin Qobustan polisi həmin şəxsi buraxmır. Vəkil deyib ki, yaranan problemlə bağlı Daxili İşlər Nazirliyinə və Ombudsman Aparatına müraciət edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi