azia.az
azia.az

“Baban” ləqəbli oğru məhkəmə zalından azadlığa buraxıldı

26-04-2022, 08:05

 “Baban” ləqəbli oğru məhkəmə zalından azadlığa buraxıldı
Moskva vilayəti Ximki şəhər Məhkəməsi “Baban” ləqəbli keçmiş “qanuni oğru” Aleksandr Babanov barəsindəki qanunsuz odlu silah saxlamaqla bağlı cinayət işinə baxıb. “Kriminalqafqaz” Rusiya mətbuatına istinadən məlumat verir ki, 51 yaşlı tümenli avtoritet fevralın 9-da Ximki şəhərində saxlanılıb. Bu zaman onun üzərində “Qlock” markalı silah tapılıb. Aprelin 7-də isə əvvəllər 5 dəfə məhkum olunmuş "Baban" 3 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. Hakim Olqa Çixanovanın hökm çıxarması üçün cəmi iki iclas kifayət edib. “Cinayət iyerarxiyasında yüksək vəzifə tutan şəxs” olaraq Babanov nə müstəntiqləri, nə də hakimi maraqlandırıb. Qeyd edək ki, 2013-cü ildə ona “qanuni oğru” adını verənlərdən biri də Lotu Qulinin qardaşı Namiqdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi