Bu çörəyin qiyməti ikiqat bahalaşdı - YENİ QİYMƏTLƏR - VİDEO
Unun qəymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik, hətta daha çox bahalaşma müşahidə edildi. Artıq bu bahalaşma çovdar tərkibli qara çörəklərdə də baş verir.![]()
Xəbər verilir ki, bəzi çovdar tərkibli çörəklərin qiymətində iki, hətta üçqat bahalaşma müşahidə olunur.
Alıcılar bildiriblər ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi 2 manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.
Bəzi çörək zavodlarından qeyd edilib ki, pəhriz çörəklərindəki qiymət artımı xammalların bahalaşması ilə bağlıdır.
Digər çörək zavodlarından da bildirilib ki, çörəklərin bir-birinə nisbətən daha baha olması istehsal texnologiyası və tərkibində olan komponentlərlə bağlıdır. Həmçinin bununla yanaşı, çövdar unu, çovdar səmənisi və digər məmulatlar xaricdən gətirilir ki, hazırda dünyada müşahidə olunan siyasi-iqtisadi vəziyyət idxal xərclərinə də təsir edir.