azia.az
azia.az

Bakıda “Best of India” moda nümayişi keçirilib

1-09-2022, 09:37


Bakıda Hindistan dizaynerlərinin kolleksiyalarının nümayişi - “Best of India” keçirilib.
Bakıda “Best of India” moda nümayişi keçirilib
Xəbər verilir ki, Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar nümayişin qonaqlarını salamlayaraq qeyd edib ki, tədbir Hindistanın müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsinə həsr olunub.

Müvəqqəti işlər vəkili Azərbaycan ilə Hindistan arasında sıx əməkdaşlığı yüksək qiymətləndirib, hər kəsi sentyabrın 2-dən 12-dək Bakıda keçiriləcək Hindistan mallarının ənənəvi “Best of India” sərgisində iştirak etməyə dəvət edib.

Hindistan səfirliyi tərəfindən təşkil olunan tədbir zamanı bir sıra modelyerlər qonaqlara bu ölkənin ənənəvi qadın geyimlərini – sariləri nümayiş etdirib. Üstəlik, qonaqlara bu paltarın hazırlanması prosesi haqqında videoçarx nümayiş etdirilib. Ardından Nyu Dehlidən olan dizaynerlərin sari kolleksiyası nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi