azia.az
azia.az

Məşhur şirkət rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyuldu (SƏBƏB)

26-08-2022, 18:34

Məşhur şirkət rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyuldu (SƏBƏB)
"Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru, "Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulur.

Qaynarinfo-nun əldə məlumatına görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə Əhəd Əsgərovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə sentyabrın 5-də Bakı Kommersiya Məhkəməsində Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Əhəd Əsgərovun təsisçisi olduğu "STENTOR" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 023 min 752 manat 06 qəpik borcu yaranıb.

Qeyd edək ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi