Tibb işçiləri və yaşı 60-dan çox olan şəxslərin nəzərinə
“Bütün tibb işçiləri və yaşı 60-dan çox olan insanlar koronavirusa qarşı peyvənd edilməlidir”.![]()
Xəbər verilir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, insanların 70 faizinin peyvənd edilməsi qarşıda duran əsas məqsəd olmalıdır:
“Bu, insanların həyatını xilas etmək və həqiqətən davamlı bərpanı təmin etmək üçün ən yaxşı yoldur. Əgər bu ilin əvvəlində 34 dövlətin peyvənd olunma əhatə dairəsi 10%-dən az idisə, indi cəmi 10 belə ölkə qalıb və onların əksəriyyəti humanitar böhranla üzləşirlər”.