azia.az
azia.az

Dəfn zamanı ildırım vurdu: 6 ölü, 17 yaralı

23-08-2022, 11:40


Yəmənin Amran şəhərində keçirilən dəfn mərasimi zamanı ildırım vurması nəticəsində 6 nəfər ölüb, 17 nəfər yaralanıb.
Dəfn zamanı ildırım vurdu: 6 ölü, 17 yaralı
Xəbər verilir ki, Yəmənin Amran bölgəsindəki Əl Aşa şəhərində dəfn mərasimi zamanı ildırım düşüb.

Yerli səhiyyə rəsmiləri tərəfindən verilən açıqlamada, dəfn mərasiminə qatılan 6 nəfərin ildırım vurması nəticəsində öldüyü, 17 nəfərin isə yaralandığı bildirilib. Yəməndə iyul ayından bəri leysan yağışlar, daşqınlar və ildırım vurması nəticəsində azı 97 nəfər ölüb. CARE beynəlxalq humanitar təşkilatının məlumatına görə, Marib bölgəsində güclü yağış və daşqınlar nəticəsində 190 binaya ziyan dəyib, 12 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi