Fransa və Almaniyada 46 nəfəri ildırım vurdu
Almaniyanın Hopştedten şəhərində uşaqlar arasında matç zamanı ildırımın futbol meydançasına düşməsi nəticəsində 35 nəfər xəsarət alıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, daha 11 nəfər isə ildırımın Parisin Monso parkına düşməsi nəticəsində xəsarət alıb.
Şahidlərin sözlərinə görə, Almaniyada ildırım vurması nəticəsində matçın hakimi daxil olmaqla, 3 nəfər ciddi xəsarət alıb. Xəsarət alanlardan 11-i uşaq, ikisi valideyndir.
Parisdəki hadisə nəticəsində isə xəsarət alanlardan üçü komaya düşüb.