azia.az
azia.az

İstidə infarktdan qorunmağın yolları – Mütəxəssisdən vacib açıqlama

22-08-2022, 02:49


Çox isti havada insult və infarkt riski yüksəlir.

İstidə infarktdan qorunmağın yolları – Mütəxəssisdən vacib açıqlama
Xəbər verilir ki, Rusiya Səhiyyə Nazirliyinin baş kardioloqu Valeriy Sadoviy isti havada ürəyi qorumağın yeni üsullarını açıqlayıb.

"İlk növbədə yaşlı insanlar günorta qapalı sərin yerdə olmalı, maye qəbuluna əməl etməli, siqaret, içki, energetik içkidən uzaq durmalıdır.
İsti havada yürüş, idmanla məşğul olmaq olmaz.
Xüsusən orta yaşlı insanlar yürüş, qaçış, futbol oynadıqdan sonra dərhal siqaret çəkdikdə infarkt olma ehtimalı artır.
İsti havada cavanlar da infarkt ola bilər. Xüsusən cavanlarda infarkt yaşlılardan daha ağır keçir.

Əgər isti havada döş qəfəsində ağrı, ürəkdə sıxıntı, yüksək nəbz hiss edərsinizsə, yubanmadan təcili yardıma müraciət edin".


Aygün Musayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi