Ağciyərlərin infeksiyası və pnevmoniya infarkt-insult riskini artırır - Ekspertlər
Rusiya səhiyyə nazirliyinin baş kardioloqu Sergey Boyçov ağciyər və sidik sistemi infeksiyası keçirənlərdə müalicədən sonrakı 1 ay ərzində insult olma riski yüksək olur.
Azia.az medicina.az-a istinadən xəbər verir ki, ağciyərlərdə infeksion xəstəliklərdən sonrakı 3 ayda infarkt və insult riski yüksək olur. Belə ki, bu xəstəliklər zamanı damarlar zədələnir, qan dövranı pozulur.
"Bu infeksion xəstəliklər damar sistemi üçün faciəvidir. Aşağı tənəffüs yollarının iltihabı, kəskin infeksiyası miokard infarktı və insult riskini düz 3 ay saxlayır. İltihab bütün gizli patofizioloji prosesləri kəskinləşdirir, bu da çox zaman letal sonluqla nəticələnir.
Ona görə də bu xəstələr 3 ay ərzində qan, ürək-damar sistemini nəzarətdə saxlamalıdır".