azia.az
azia.az

Özünü Prezidentin sinif yoldaşı kimi təqdim edən şəxsin ÖZBAŞINALIĞI... - Prezidentə müraciət olundu

18-08-2022, 17:39

Özünü Prezidentin sinif yoldaşı kimi təqdim edən şəxsin ÖZBAŞINALIĞI... - Prezidentə müraciət olundu
Bakı şəhər sakini Zahidli Ülkər Mirağa qızı ölkə rəhbərliyinə bir özbaşınalıq faktı ilə bağlı müraciət edərək, kömək istəyib. Bir nüsxəsi də Daxil olan müraciətdə deyilir:

Özünü Prezidentin sinif yoldaşı kimi təqdim edən şəxsin ÖZBAŞINALIĞI... - Prezidentə müraciət olundu
"Mən, Bakı şəhəri, Səbail rayonu, 706-cı məhəllə, Nizami küçəsi 96 ünvanda “Dolca Saray” MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən mənzillə birlikdə həmin binanın zirzəmi-qaraj hissəsində idarə etdiyim 77-BN-717 dövlət nömrə nişanlı avtomobilimi saxlamaq üçün qaraj sahəsini almışam. Bununla bağlı MMC tərəfindən mənə rəsmi qaydada müqavilə və eskiz sxem təqdim edilmişdir. Lakin son 6 ay ərzində Mercedes markalı 10-XU-500 dövlət nömrə nişanlı avtomobili mənə məxsus qaraj sahəsini qanunsuz olaraq zəbt etmişdir. Həmin avtomobilin sahibi isə Azad Rəşidiyev adlı vəzifəli şəxs, Bakı şəhəri Nəsimi rayon Gigiyena və Epidemiologiya mərkəzinin müdiridir.
Özünü Prezidentin sinif yoldaşı kimi təqdim edən şəxsin ÖZBAŞINALIĞI... - Prezidentə müraciət olundu
Özünü Prezidentin sinif yoldaşı kimi təqdim edən şəxsin ÖZBAŞINALIĞI... - Prezidentə müraciət olundu
Həmin Azad Rəşidiyev özünü “Azərbaycan Respublikasının Prezidentinin sinif yoldaşı” kimi təqdim edərək mənə və MTK əməkdaşlarına hədə qorxu gəlir, mənim qaraj sahəmi qanunsuz olaraq mənimsəyır. Hazırda, Bakı şəhəri Nəsimi rayon Gigiyena və Epidemiologiya mərkəzinin müdiri Azad Rəşidiyev “Azərbaycan Respublikasının Prezidentinin sinif yoldaşı” kimi təqdim edərək, vəzifə səlahiyyətləri aşaraq, sui-istifadə edərək, mənim əmlakımı mənimsəmişdir. Bununla bağlı həmin “vəzifəli şəxs” Azad Rəşidiyev barəsində ciddi tədbir görülməsinə və məsuliyyətə cəlb olunmaqla əmlakımın mənə qaytarılmasına müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm".

Məsələ diqqətimizdədi. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi