azia.az
azia.az

Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru vəzifədən kənarlaşdırılıb

20-05-2016, 17:03

Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru vəzifədən kənarlaşdırılıb Barəsində cinayət işi başlanan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.APA-nın məlumatına görə, hazırda onun vəzifəsini direktor müavini Vaqif Abdullayev icra edir. İstintaq və məhkəmə prosesi başa çatanadək A. Əlibəyov vəzifəsini icra etməyəcək.

Qeyd edək ki, A. Əlibəyov ötən ilin mayında Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub. A. Əlibəyov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir. Onun barəsində heç bir yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi