azia.az
azia.az

Bu qidalar saçların tökülməsini sürətləndirir

17-08-2022, 08:35


Saçların tökülməsinin səbəbləri arasında bəzi qida məhsullarından sui-istifadə ola bilər.
Bu qidalar saçların tökülməsini sürətləndirir
Azia.az saglamolun.az-a istinadən bildirir ki, bu haqda britaniyalı həkim-dermatoloq, London Bridge Hospital-ın mütəxəssisi Şaron Vonq məlumat verib.

Həkim bildirib ki, sadə karbohidratlar, emal olunmuş qidalar saçların vəziyyətinə mənfi təsir edir, onların tökülməsinə səbəb olur.

Belə qidalar arasında:

- ağ çörək

- pizza xəmiri

- makaron
- un məmulatları

- ağ un

- ağ düyü

- şirin desertlər

- bir çox quru səhər yeməkləri.

Həmçinin qidalanmada lif və zülalların az olması da saçların vəziyyətinə mənfi təsir edir.

Həkim bildirib ki, ət, yumurta, paxlalılar (mərci, noxud, soya və s.), qarabaşaq, kinoa, süd məhsulları saçların sağlamlığı və gözəlliyini təmin edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi